This is a specific ad

“Mənim Qəhrəmanım- Zaur Todua”

207

Another advertisement

16-17 sentyabr 1993-cü il, ən ağır qanlı günlər. Rus əsgərləri onu əsir götürüblər və silahsız igidə işgəncə veriblər. O, nə qədər ağır işgəncələrə məruz qalsa da Zauru sındırmaq mümkün olmayıb və vətən uğrunda qəhrəmancasına həlak olub.

Zaur Todua 22 avqust 1972- ci ildə anadan olub. Döyüşdə silahı ilk o götürüb. O Suxumi şəhərində Tsuqurovki və Yaştux dağlarında strateji yüksəklikləri müdafiə edən 23-cü briqadanın 8-ci batalyonunun 1-ci rotasında xidmət etmişdir. Zaur həyata keçirilən bütün döyüş əməliyyatlarında iştirak edib. O, özünü fədakar, sadiq döyüşçü kimi göstərdi.

1993-cü il sentyabrın 16-da düşmən yenidən sülh müqaviləsini pozaraq Kamana hücum edən zaman Zaur Todua tərksilah edilmiş yoldaşları ilə birlikdə kəndin dinc əhalisini, qadınları, uşaqları, qocaları xilas etmmək üçün “sülh mantiyası” deyilən rus hərbi hissələrini yalın əlləri ilə yarmışdı.

Bu taleyüklü gündə Apsua separatçıları silahsız Zauru ələ keçirərək onun əl-qolunu bağlayıblar və ölüm təhlükəsi ilə Birçxi istiqamətində Tsuruqovki dolama yolunu göstərməyə aparmışlar. Z. Todua vətən naminə nümunəvi fədakarlıq göstərərək düşmənə hərbi sirri verməyib, ən böyük işgəncələrə rəğmən yoldaşlarına xəyanət etməyib və qısa ömrünü bu yolda fəda edib.

Zaur Todua ölümündən sonra 1-ci dərəcəli Vaxtanq Qorqasali ordeni ilə təltif edilmişdir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstan höküməti yeni qərar qəbul edib
Öncəki yazı
27 avqust tarixinə olan rəsmi valyuta məzənnəsi belədir