Another advertisement
“Necə zənn edirsiniz, məni nə qorxuda bilər, lap prokurorluğun adının hallanması olsun? Məni nə yormalı, nə vadar etməlidir ki, bu ölkəni qoyub gedim? Buna ümidiniz olmasın. Sözümü yerinə yetirməyimə kim mane olmalıdır? Əvvəllər olduğu kimi bu ölkədən Rusiya bazalarını çıxartdım. Yeri gəlmişkən, mənim üçün məhkəmə də təşkil etdilər, indi də sözümə və andıma sadiq qalacağam və Avropaya gedən yolda özümü sona qədər bu ölkəyə, onun müstəqilliyinə, xalqının azadlığına həsr edəcəyəm”, – Gürcüstan prezidenti Salome Zurabişvili impiçment məsələsinin müzakirə olunduğu parlamentdə deyib.