Məktəblilər arasında Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək

77

Məktəblilər arasında Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək.

Sözügedən tədbir 14 iyun 2025-ci il tarixində Marneuli şəhərində yerləşən Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.

Olimpiada VIII-XII sinif şagirdləri arasında keçiriləcək və azərbaycanlıların kompakt yaşadığı bölgələrdəki məktəbləri əhatə edəcək. Tədbirdə müxtəlif bölgələrdən 100-dən çox azərbaycanlı şagirdin iştirakı nəzərdə tutulur.

Təşkilatçılar bildiriblər ki, olimpiadanın əsas məqsədi məktəblilər arasında Azərbaycan dilinə olan marağın artırılması, ana dilinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsidir. Eyni zamanda, şagirdlərə dil bilikləri ilə yanaşı, yazılı və şifahi ünsiyyət bacarıqlarını nümayiş etdirmək imkanı yaradılacaq.

Olimpiada saat 10:30-da başlayacaq, saat 15:00-da isə bağlanış mərasimi və qaliblərin təltif olunması mərasimi planlaşdırılır.

 

Kateqoriya: Cəmiyyət, Təhsil
Sonrakı yazı
Xarici İşlər Nazirliyi bəyanat yayıb
Öncəki yazı
İsrail atəş altındadır