Another advertisement
ABŞ-ın Nyu-Cersi ştatında məktəb avtobusunun aşması nəticəsində biri ağır vəziyyətdə olmaqla, 13 nəfər yaralanıb.
Bu barədə NBC News məlumat yayıb.
KİV-in məlumatına görə, avtobusda ümumilikdə 31 nəfər olub və o, Nyu Cersidən Nyu Yorka gedirmiş.
Yaralılar xəstəxanaya çatdırılıb. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.