This is a specific ad

Məhbusların qaçması ilə bağlı, cinayəti ört-basdır etməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb

50

Another advertisement

“Aversi” klinikasından 3 məhbusun qaçması işi üzrə həbs edilən Penitensiar Xidmətin məsul əməkdaşı İveri Natriaşvili barəsində həbs qətimkan tədbiri seçilib.

QafqazTürk.com xəbər verir ki,bu qərarı Tbilisi şəhər məhkəməsinin hakimi Davit Kurtanidze elan edib.

Dövlət ittihamçısı saxlanılan şəxs üçün ən sərt həbs cəzasının tətbiqini, müdafiə tərəfi isə 5 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.

Prosesdə prokuror bildirib ki, təqsirləndirilən şəxsin yeni cinayət törətməsi, gizlədilməsi və şahidlərə təsir göstərməsi təhlükəsi var, bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməlidir.

Prokurorun vəsatətindən də aydın olduğu kimi, istintaq məhbusların qaçması faktını əks etdirən videoyazısını əldə edib. Prokurorun izahatına görə, böyük zabit olması lazım olan yerdə olmayıb, qabaq oturacaqda əyləşib telefonla danışıb, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər isə tamamilə nəzarətsiz halda olublar.

Bundan başqa, prokuror təqsirləndirilən şəxsin tutduğu vəzifədən kənarlaşdırılması ilə bağlı vəsatət də verib və müdafiə tərəfi bunu qəbul edib.

Müdafiə tərəfi həbs cəzasının tətbiqi ilə bağlı ittiham tərəfinin vəsatəti ilə razılaşmayıb. Vəkil İnqa Şaraşenidzenin sözlərinə görə, İveri Natriaşvili özü istintaq orqanına gələrək ətraflı ifadə verib. Vəkilin sözlərinə görə, bu, qəsdən törədilmiş cinayət deyil, hadisə ehtiyatsızlıqdan baş verib. Sözügedən şəxs 14 il dövlət qulluqçusu olub və heç vaxt belə bir qanunsuz əməl törətməyib.

Şaraşenidzenin sözlərinə görə, müşayiət rəisi telefonla danışdığı zaman məhbuslar bundan istifadə edərək qaçıblar. Hadisə təsadüf nəticəsində olub.

Hakim yekunda prokurorluğun hər iki vəsatətini təmin edib və penitensiar ximdət əməkdaşı barədə həbs qətimkan tədbiri seçib.

İstintaq zamanı qeyd edilib ki, noyabrın 1-də Penitensiar idarənin müşayiət qrupu 15 saylı cəzaçəkmə müəssisəsindən 6 məhkumu müayinə olunmaq üçün Tbilisidəki “Aversi” klinikasına köçürüb. Müayyinə zamanı nəzarət qrupun rəhbəri İveri Natroşvili müəyyən olunmuş qaydalara düzgün əməl etməmiş, məhkumları nəzarətsiz qoymuş və xüsusi təyinatlı avtomobilin qapılarını düzgün bağlamamışdır. Bununla da üç məhkum vəziyyətdən istifadə edərək qaçmışdır. Klinikadan qaçan hər üç məhbus 2 noyabrda tapılaraq həbs ediliblər.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Türkiyənin 3 vilayətində meşə yanğını başlayıb
Öncəki yazı
Pakistanlı qız Britaniyanın ən ağıllı yeniyetməsi oldu