• 22 Fevral 2025 11:51

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Mədəniyyət Nazirliyinin tabeliyində olan inzibati orqanlar mədəni və yaradıcı radio yayımı aparmaq imkanı əldə edəcəklər

ByTürkan Şahverdova

Fev 21, 2025
Another advertisement

Mədəniyyət Nazirliyinin tabeliyində olan inzibati orqanlar mədəni və yaradıcı radio yayımı aparmaq imkanı əldə edəcəklər.

Bu, “Gürcü arzusu”nun deputatları Qiorqi Qabunia və Nodar Turdzeladze tərəfindən hazırlanan “Yayım haqqında” qanuna planlaşdırılan dəyişikliklərdə nəzərdə tutulub.

Mədəni-yaradıcı radio yayımı lisenziya əsasında inzibati orqan tərəfindən həyata keçiriləcək. Lisenziya haqqı 2000 lari müəyyən edilib. Təşəbbüskarların fikrincə, “İnzibati orqan tərəfindən mədəni və yaradıcı radio yayımının fəaliyyəti Gürcüstan incəsənətinin və mədəniyyətinin nəsillər arasında populyarlaşmasına, ölkənin mədəni məkanında yeni mədəni və yaradıcı ideyaların yaranmasına, inkişafına, təcəssümünə və toplanmasına kömək edəcək”.