Ötən il ölkədə 1073 “mədə kiçildilməsi” (bariatrik) əməliyyatı aparılıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Məlumata görə, 1073 əməliyyatdan 813-ü qadınlarda, 260-ı isə kişilər üzərində aparılıb.
Mədəkiçiltmə əməliyyatı üzrə ən yüksək göstərici 35-40 yaş kateqoriyasında qeydə alınıb.