Məşhur türk futbolçu “Barselona”da

1

Kataloniya təmsilçisinin saytının yaydığı məlumata görə, komanda son olaraq İngiltərə “Mançester Siti”sində çıxış etmiş İlkay Gündoğanın keçidini rəsmiləşdirib. Almaniya millisinin üzvü azad agent kimi “Barsa”ya keçib. QafqazTürk.com xəbər verir ki,tərəflər 2+1 illik müqavilə imzalayıblar. Klub yeni oyunçusunun sərbəstqalma məbləğini 400 milyon avro müəyyənləşdirib.

Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in formasını geyinən 33 yaşlı yarımmüdafiəçi beş dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Yunanıstanda keçirilən parlament seçkilərində hakim partiya qalib gəlib
Öncəki yazı
Moskva-Tbilisi-Moskva aviareyslərinin qiyməti iki dəfə artıb