“Mənim qələbəm sizə həsr olunub” – cüdoist Laşa Bekauri

97

Another advertisement

İkiqat olimpiya çempionu cüdoist Laşa Bekauri “Mənim qələbəm sizə həsr olunub” deyə çıxış edib.

“Mən istəyirəm ki, xalqım bilsin ki, bizim bu günə qədər gəldiyimiz gürcü geni hələ də mövcuddur və şadam ki, bütün bunlar məndə cəmlənib”-deyə o qeyd edib.

“Bu qələbə sizə həsr olunub, bu qızıl medal, bu tarixi medal sizindir, sizi ürəyimdə sevirəm”, – Bekauri qələbədən sonra azarkeşlərə müraciət edib.

Qeyd edək ki, 2024 Yay Olimpiada Oyunlarında Laşa Bekauri finalda yaponiyalı rəqibi Sanşiro Muraonu məğlub edərək ikiqat Olimpiya çempionu olub. Bekauri bu qələbə ilə Gürcüstan millisinə Paris Olimpiadasında ilk qızıl medalı gətirib. Hazırda Gürcüstan milli komandasının 2024-cü il Yay Olimpiya Oyunlarında iki medalı var – bir qızıl, bir gümüş. Gümüş medalı Gürcüstan millisinə üçqat dünya çempionu Tato Qriqalaşvili gətirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
“Əgər Gürcüstan tərəfindən dialoqa istək varsa biz hazırıq” – Valentina Matvienko
Öncəki yazı
Moldovada iki yüksək vəzifəli məmur dövlətə xəyanətdə ittiham edilərək həbs edilib