• 06 Mart 2025 11:34

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

“Mən Orbeliani sarayını tərk edəcəyəm”-Salome Zurabişvili

ByTürkan Şahverdova

Dek 29, 2024
Another advertisement

Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, o, Orbeliani sarayını tərk edəcək.

Gürcüstan prezidenti Salome Zurabişvili Orbeliani sarayının yaxınlığında toplaşan etirazçılara “Mən buradan sizinlə birlikdə çıxacağam və sizinlə olacağam” deyib.

Zurabişvilinin sözlərinə görə, o, gürcü xalqına sadiq qalır.

“İlk növbədə, bu gün buraya gəldiyiniz üçün hər kəsə təşəkkür etmək istəyirəm, çünki bu gün biz buradayıq. 6 il əvvəl mən Konstitusiyaya and içmişəm, amma daha çox vətənə sədaqətə və sizə sədaqətə and içmişəm, ona görə də bu gün buradayam və bu sədaqət dəyişməyəcək. İstər sarayda olum, istərsə də saraydan kənarda. Mən buradan sizinlə çıxıb sizinlə də olacağam.

Halallığı özümlə gətirirəm, bayrağı özümlə gətirirəm”, – Zurabişvili bildirib.

like1