Gürcüstan Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə “Ümumi təhsil müəssisələrində iaşə obyektlərinin fəaliyyəti üçün müəyyən edilmiş minimum tələblər” təsdiq edilib.
Müvafiq qərara əsasən məktəb bufetində aşağıdakı məhsulların istifadəsi qadağandır:
a) saqqız, konfet, şokolad, ətirli qəlyanaltılar (məsələn: cips, jelibon və s.) b) duz, şəkər və ya yağla emal edilmiş qoz-fındıq, meyvə və tərəvəzlər
c) mayonez və mayonezlə qarışdırılmış məhsullard) konservləşdirilmiş məhsullar e) termal hazırlanmamış yumurta
f) istənilən formada göbələklər
g) kremli qənnadı məmulatları
h) şirin qazlı içkilər;
i) qəhvə