Another advertisement
Məcburi hərbi xidmətin bir il müddətinə təxirə salınmasına görə rüsum 5 min lari olacaq – bu barədə “Müdafiə Məcəlləsi”nin ikinci oxunuşda müzakirə olunduğu bugünkü iclasda bildirilib.
QafqazTürk.com xəbər verir ki,“Müdafiə Məcəlləsi” layihəsinin ilkin variantına görə, rüsumun məbləği 10 min lari idi,qanunvericilik təşəbbüsünün komitə tərəfindən nəzərdən keçirilməsi zamanı layihədən çıxarılıb.
Mövcud məcəlləyə əsasən, məcburi hərbi xidmətin 18 ay təxirə salınmasına görə rüsum 2000 lari təşkil edir.