Lukaşenkodan Baş Nazirə təbrik məktubu

81

Belarus prezidenti Aleksandr Lukaşenko “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidzeni yerli özünüidarəetmə seçkilərinin “uğurla keçirilməsi” və qələbə münasibətilə təbrik edib.

“Təbrik edirəm! ‘Gürcü Arzusu’ namizədlərinin inamlı qələbəsi onların yüksək məsuliyyət hissinə, etibarlılığına və peşəkarlığına dəlalət edir. Eyni zamanda, bu nəticə Gürcüstanın suveren inkişafı və cəmiyyətin birliyinə yönəlmiş siyasi kursa geniş dəstəyin göstəricisidir,” – deyə Belarus mediasının yayımladığı təbrik məktubunda qeyd olunur.

Məlumatda o da bildirilir ki, Belarus prezidenti Lukaşenko Gürcüstanla dostluq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə sadiqliyini vurğulayıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
4 oktyabr aksiyası: Prokurorluq daha 13 nəfərə ittiham irəli sürdü – SİYAHI
Öncəki yazı
Riç və Şahin: Gürcüstan demokratiyasını sarsıdan ABŞ deyil, “Gürcü Arzusu”dur – ƏTRAFLI