ABŞ Minski Ukrayna münaqişəsinin həllində rolu olduğunu düşünürsə, Belarus bu prosesə qarışmağa hazırdır.
QafqazTürk Media bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko açıqlamasında vurğulayıb.
“Əgər amerikalılar Ukraynadakı münaqişəni həll etmək istəsələr və orada bizim üçün kiçik rol görsələr, biz iştirak etməyə hazırıq. Biz öz mövqeyimizi bəyan etmişik – sülh və yalnız sülh”, – Lukaşenko bildirib.
O bildirib ki, Ukrayna suveren, müstəqil dövlət kimi mövcud olmalıdır.
“Biz indi müharibənin dayandırılmasının tərəfdarıyıq. Əks halda, bu müstəqil, suveren dövlət yox olacaq”, – Lukaşenko bildirib.