This is a specific ad

Lukaşenko: “Kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin”

32

Another advertisement

Belarus Prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı şayiələrə münasibət bildirib.

QafqazTürk APA istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Prezident bildirib ki, onda adenovirus var və o, ölmək fikrində deyil:

“Kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun! Bu, messencerlərdə və “Telegram” kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil”

Lukaşenko qeyd edib ki, onun çox sıx qrafiki var.

“Mənim müalicə olunmağa vaxtım yox idi. Moskvaya, sonra iməciliklərə, sonra Qrodnoya, sonra Qomelə getməliyəm, bütün bunlar yığılıb. Ona görə də mən ölməyəcəyəm, uşaqlar. Siz hələ çox uzun müddət əzab çəkəcəksiniz”, – deyə prezident qeyd edib.

Sonrakı yazı
Marneuli bələdiyyə məclisinin növbəti iclası keçirilib
Öncəki yazı
Kaxetidə Özbəkistan vətəndaşı öldürülüb