Luka Kiladze 15 yaşa qədər gənclər arasında dünya çempionudur

9

Şahmat Federasiyasının məlumatına görə, Luka Kiladze 15 yaşa qədər gənclər arasında dünya çempionudur. Məlumatda qeyd edilir ki, 2002-ci ildən bəri ilk dəfə gürcü şahmatçı gənclər arasında dünya çempionatının qalibi olub.

“21 ildən sonra ilk dəfə, gürcü şahmatçı Luka Kiladze – dünya çempionudur! Luka 15 yaşa qədər şahmatçılar arasında keçirilən dünya çempionatında 9 xaldan 7-sini qazanıb!

Qeyd edək ki, 2002-ci ildən sonra ilk dəfə olaraq gürcü şahmatçı gənclər arasında dünya çempionatının qalibi olub! Gürcüstan çempionunun məşqçiləri bunlardır: beynəlxalq qrossmeyster (ən yüksək şahmat titulu) Zurab Sturua və beynəlxalq usta Davit Zarkva”, – federasiyanın açıqlamasında bildirilir.

0
0
Sonrakı yazı
Gürcüstanda intihar edənlərin ümumi sayı
Öncəki yazı
Nyu-York metrosunu bir gündə 4 milyon insan istifadə edib