• 03 Mart 2025 20:22

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Londonda Ukrayna məsələsi üzrə liderlərin sammiti davam edir

ByTürkan Şahverdova

Mar 2, 2025
Another advertisement

Böyük Britaniyanın baş naziri Keir Starmerin ev sahibliyi ilə Londonda dünya liderlərinin Ukrayna məsələsi üzrə sammiti keçirilir.

Keir Starmerlə birlikdə sammitdə iştirak edənlər bunlardır: Ukrayna prezidenti Vladimir Zelenski; Fransa prezidenti Emmanuel Makron; Almaniya kansleri Olaf Şolz; İtaliyanın Baş Naziri Gorgia Meloni; Polşanın Baş naziri Donald Tusk; Çexiyanın Baş naziri Petr Fiala; Kanadanın Baş naziri Castin Trüdo; Danimarkanın Baş naziri Mette Frederiksen; Norveçin Baş naziri, Jonas Qar Store; Hollandiyanın Baş Naziri, Dik Schoof; İspaniyanın baş naziri Pedro Sançes; Türkiyənin xarici işlər naziri Hakan Fidan; NATO-nun baş katibi Mark Rutte; Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta.

Liderlərin sammitdə Ukraynaya dəstəyi, o cümlədən ədalətli və davamlı sülhə nail olmaq yollarını müzakirə edəcəyi gözlənilir.