London birjasında Gürcüstan şirkətlərinin, “TBS Bank”, “Bank of Georgia” və “Capital of Georgia”nın səhmlərinin qiyməti ucuzlaşıb.
QafqazTürk.com xəbər verir ki,Tbilisi vaxtı ilə saat 13:00-da:
“Bank of Georgia”nın (BGEO) səhmlərinin dəyəri 1% azalıb. Hazırda bir səhmin qiyməti 39,75 funt sterlinqdir. Şirkətin bazar kapitallaşması 1,815 milyard sterlinq təşkil edir.
TBC PLC səhmlərinin qiyməti 1,88% ucuzlaşıb. Bankın bir səhmi 26,10 funt sterlinq dəyərindədir. Şirkətin bazar kapitallaşması hazırda 1,473 milyard funt sterlinq təşkil edir.
“Capital of Georgia” (CGEO) səhmləri 0,30% ucuzlaşaraq, bir səhmin qiyməti 9,97 funt sterlinq olub. Hazırda şirkətin bazar kapitallaşması 424,56 milyon funt sterlinq təşkil edir.
Məlumat üçün bildirək ki, London birjasında gürcü şirkətlərinin səhmlərinin kəskin ucuzlaşması mayın 15-də ticarətdən sonra başlayıb, sonra bir qədər stabilləşib. Mayın 28-də ticarət başlayandan hər üç şirkətin səhmlərinin qiyməti azalmaqda davam edir.