This is a specific ad

Livanda partlayan peycerlərin istehsalçısıdından açıqlama

281

Another advertisement

Səhər saatlarında Tayvan polisi Livanda cihazların partlaması ilə əlaqədar “Gold Apollo” peycerlərinin istehsalçısını yoxlamağa başlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Tayvan mətbuatı məlumat yayıb.

Məlumata görə, polis şirkətdən peycerlərin istehsalı və məhsullarının satış yolları ilə bağlı ətraflı məlumat istəyir.

“Gold Apollo” İdarə Heyətinin sədri Syu Tsinquanın sözlərinə əsasən, peycerlər Livana “Gold Apollo” loqosundan qanuni şəkildə istifadə edən distribütor şirkəti tərəfindən aparılır: “Livanda partlayan peycerlər iki ildən az müddətdir ki, satışdadır”.

O iddia edib ki, peycerlərin bu partiyası onlar tərəfindən deyil, Livandakı fabrikdə ticarət tərəfdaşları tərəfindən istehsal olunub: “Bu satış agentinin Tayvanda nümayəndəliyi var”.

Qeyd edək ki, “Gold Apollo” 1995-ci ildə təsis edilib. Xarici mətbuata əsasən, söhbət AR-924 modelindən gedir.

Xatırladaq ki, İsrailin peycerlərə kiberhücumu nəticəsində 11 nəfər ölüb, 4 min nəfər yaralanıb. Yaralananlar içərisində İranın Livandakı səfiri də var. Səfir və Hizbullahın 1500 üzvü gözündən xəsarət alıb və görmə qabiliyyətini itirib.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Dəhşətli hadisə- 38 yaşlı kişinin meyiti tapılıb
Öncəki yazı
Beş xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb