Another advertisement
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, Livanda müharibənin məqsədlərinə çatana qədər atəşkəs və ya fasilə olmayacaq.
Müdafiə nazirinin sözlərinə görə, İsrail tərəfinin hücum hərəkətləri “Hizbullah”ın imkanlarını zəiflətmək və qələbəyə nail olmaq üçün davam etməlidir.
“Müharibə məqsədlərinə çatana qədər biz “Hizbullah”a tam gücümüzlə zərbələr endirməyə davam edəcəyik”. İsrailin terrorizmin müstəqil şəkildə qarşısını almasını, Livanda müharibə məqsədlərinə nail olmaq, o cümlədən “Hizbullah”ın tərksilahı və şimal sakinlərinin öz evlərinə salamat qayıtmaq imkanını təmin etmək hüququnu təmin etməyən razılaşma ilə razılaşmayacaq”.-deyə o vurğulayıb.