Livan ərazisindən İsrailin şimalına atılan 6 raket səbəbilə hava hücumu xəbərdarlığı siqnalı işə düşüb.
Qafqaztürk xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun açıqlamasında qeyd edilib.
Məlumata görə, İsrail hava hücumundan müdafiə sistemləri 1 raketi zərərsizləşdirib, digər 5 raket isə açıq əraziyə düşüb. İsrail ordusu hücumların həyata keçirildiyi bölgələri hədəf aldığını bildirib.Livan Hizbullahının verdiyi açıqlamada isə sərhəd bölgəsində 4 kazarma, bir müşahidə qülləsi və hərbi-texniki maşınlara hücum edildiyi qeyd edilib.
Qeyd edək ki, Hizbullah ilə İsrail ordusu arasında oktyabrın 8-də başlayan qarşıdurmalarda indiyədək 12 Hizbullah üzvü və 2 İsrail əsgəri həlak olub. Livanla sərhəddə baş verən qarşıdurmalarda biri jurnalist olmaqla 3 mülki şəxs, İsraildə isə bir nəfər həyatını itirib.