Ukrayna hərbçilərinin Rusiyanın Kursk bölgəsinə müdaxiləsi Vladimir Putinin açıq-aşkar alçaldılmasıdır.
QafqazTürk Media xəbər verir ki, bu barədə Litvanın milli müdafiə naziri Laurinas Kasiunas bəyanat verib.
“Bu, Vladimir Putinin açıq-aşkar alçaldılmasıdır. İndi onlar (ukraynalılar) keçən ilki əks-hücum zamanı işğal edə bildikləri qədər ərazini işğal ediblər, başqa sözlə, bu rəqəmlər kifayət qədər təsiredicidir”, – Litva Müdafiə Xidmətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, Kursk vilayətində keçirilən əməliyyatın ən mühüm nəticəsi Moskva ilə mümkün “sülh danışıqları” fonunda ukraynalıların döyüş ruhunu yüksəltməkdir.
“Ukraynalılar maraqlı oyun oynamaq qərarına gəliblər, mövqelərini gücləndirirlər və əgər onlar bu əraziyə nəzarəti davam etdirə bilsələr və ya müəyyən ərazinin mərkəzləri üzərində nəzarəti saxlaya bilsələr, bu, onların danışıqlar gücünü əhəmiyyətli dərəcədə artırır”, – Laurinas Kaşiunas qeyd edib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hücum əməliyyatı avqustun 6-da başlayıb. Korenevski, Sujanski və Belovski rayonlarında döyüşlər gedir. Avqustun 12-də Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bəyan edib ki, Ukrayna silahlı qüvvələri onun regionunda 28 yaşayış məntəqəsinə nəzarət edir. Ukrayna silahlı qüvvələrinin məlumatına görə, onlar 74 yaşayış məntəqəsini ələ keçiriblər.