Another advertisement
Litva, Estoniya və Latviya öz enerji sistemlərini Rusiyanın elektrik şəbəkəsindən ayırıblar.
“Bu gün biz Rusiyanın elektrik şəbəkəsindən ayrılırıq. Bu, müstəqil Litvanın elektrik enerjisi tarixində ən mühüm addımdır. Avropa elektrik sisteminə inteqrasiya Litva, Estoniya və Latviya üçün enerji təhlükəsizliyini, sabitliyi və etibarlılığını təmin edir”, – Litvanın Xarici İşlər Nazirliyi bildirir.
Baltikyanı ölkələr sabah Aİ-nin elektrik sisteminə qoşulacaqlar.
“Bu gün Avropaya inteqrasiya üçün daha bir tarixi gündür”. Estoniya, Litva və Latviya Rusiyanın elektrik şəbəkəsindən ayrılıb”, – Estoniya Xarici İşlər Nazirliyi qeyd edir.