This is a specific ad

Litva daha 17 gürcü siyasətçiyə sanksiya tətbiq edib

36

Another advertisement

Litva daha 17 gürcü siyasətçiyə, o cümlədən baş nazir İrakli Kobaxidzeyə sanksiya tətbiq edib.

Bu barədə Litvanın xarici işlər naziri Kiastusi Budris X sosial platformasında yazır.

“Litva gürcü xalqının və onun Avropa arzusunun yanındadır. Estoniya ilə razılaşdıraraq, biz sanksiya tətbiq edilən gürcü siyasətçilərinin siyahısını daha 17 nəfəri, o cümlədən baş nazir İrakli Kobaxidzeni əlavə etməklə genişləndirdik”, – Ltvanın xarici işlər naziri yazıb.

Onun sözlərinə görə, Litva dinc nümayişçilərə, jurnalistlərə və müxalifətə qarşı zorakılıq və təzyiqlərə dözməyəcək.

“Avropa İttifaqı səviyyəsində birgə fəaliyyətin vaxtı çatıb”, – Litvanın xarici işlər naziri bildirib.

Sonrakı yazı
Tbilisidə aksiya davam edir
Öncəki yazı
“Yaxın günlərdə Yeni il tədbiri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”-Kaxa Kaladze