Litva Aİ-yə müraciət edib: Ukraynanın üzvlük danışıqları Macarıstansız başlasın

48

Litva Avropa İttifaqına çağırış edərək Ukraynanın üzvlüyü ilə bağlı danışıqların Macarıstan olmadan başlanmasını təklif edib. Litva Dövlət Televiziya və Radiosunun məlumatına görə, məktub ötən həftə Aİ üzv ölkələrin paytaxtlarına göndərilib.

Məktubda qeyd olunur ki, Ukraynanın Aİ-yə inteqrasiyası “aşkar və geri dönməz” olmalı, əks halda isə bu prosesdəki ləngimə ictimai dəstəyin və siyasi iradənin zəifləməsinə səbəb ola bilər.

Litvanın təşəbbüsünə əsasən, Ukrayna və Moldova ilə texniki danışıqlar 26 üzv dövlətin razılığı ilə Macarıstansız başlana bilər. Rəsmi mərhələ isə Budapeşt mövqeyini dəyişdikdən və ya ölkədə hökumət dəyişikliyi baş verdikdən sonra mümkün olacaq.

Ehtimal edilir ki, təklifin müzakirəsi sentyabrın 1–2-də Kopenhagendə keçiriləcək Aİ xarici işlər nazirlərinin toplantısında gündəmə gətiriləcək.

Sonrakı yazı
İran: Ümid edirik ki, Rus qazının Azərbaycan üzərindən İrana tədarükü yaxın vaxtlarda başlaya bilər  
Öncəki yazı
Marneulidə məktəb qarət olunub