• 23 Fevral 2025 00:19

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Liloda baş verən qətllə bağlı polis iki nəfəri həbs edib

ByTürkan Şahverdova

Fev 1, 2025
Another advertisement

Lilo qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı polis iki nəfəri həbs edib. Bir nəfər qəsdən adam öldürmə, digəri isə xüsusilə ağır cinayət barədə məlumat verməmək ittihamı ilə həbs edilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İsti izlər və əməliyyat-istintaq tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Tbilisi şəhər Polis İdarəsinin əməkdaşları iki nəfəri həbs edib.

Cinayət 15 ilə qədər həbslə cəzalandırılır. İstintaq müəyyən edib ki, bu il yanvarın 31-də təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində digər şəxsi güllə ilə yaralayıb.  Yaralı aldığı xəsarətlər nəticəsində hadisədən bir neçə dəqiqə sonra avtomobilində dünyasını dəyişib.

Hadisədən bir neçə saat sonra cinayətkar polisə xəbər verib və cinayəti törətməkdə istifadə etdiyi silahı təqdim edib. Müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra o, təqsirləndirilən şəxs qismində həbs edilib.

İstintaq həmçinin müəyyən edib ki, bir nəfər qətlin şahidi olub, lakin cinayət barədə polisə məlumat verməyib.

Qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 108 və 236-cı maddələri ilə istintaq aparılır”, – məlumatda deyilir.