This is a specific ad

Lilo bazarında baş verən yanğın söndürülüb

119

Another advertisement

“Yanğınsöndürənlər yanğını söndürüblər və bu mərhələdə ayrı-ayrılıqda yanan yerlərin söndürülmə prosesi aparılır”, – Tbilisi Yanğın və Xilasetmə Qüvvələrinin Baş İdarəsinin rəisi Levan Museliani Lilo bazarında baş verən yanğınla bağlı jurnalistlərlə söhbətində bildirib.

O bildirib ki, xəsarət alanlar barədə məlumat daxil olmayıb, dəymiş ziyana gəlincə, bazar ərazisinin müəyyən hissəsi yanıb.

“Bildiyiniz kimi, bura bazar ərazisi olduğu üçün orada çox sayda yanar material var və bu da yanğının söndürülməsini gecikdirib. Yanğının söndürülməsi prosesi normal davam edib. Yanğınsöndürənlər yanğını söndürüblər və bu mərhələdə ayrı-ayrılıqda yanan yerlərin söndürülmə prosesi aparılır.

112-dən məlumat daxil olan kimi yanğınsöndürənlər dərhal müdaxilə edib və yanğın vaxtında söndürülməyə başlayıb. Hadisə yerinə 22 yanğınsöndürmə-xilasetmə maşını və 120-yə yaxın yanğınsöndürən səfərbər edilib və yanğının söndürülməsi işlərinə cəlb olunub”, – Levan Museliani bildirib.

 

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Dini məclisdə izdiham yaranıb, ölən və yaralananlar var
Öncəki yazı
Parlament qarşısında etiraz aksiyası davam edir