This is a specific ad

“Lider İvanişvilidən başlayaraq, sanksiyalar tətbiq etməklə çox açıq siqnal verməliyik” -Riho Teras

293

Another advertisement

“Biz Gürcüstanda hakim rejimin hərəkətlərini sadəcə olaraq pisləməklə kifayətlənməməliyik, əksinə, lider oliqarx İvanişvilidən başlayaraq, sanksiyalar tətbiq etməklə çox açıq siqnal verməliyik”

QafqazTürk Media xəbər verir ki, bu barədə Avroparlamentin deputatı Riho Teras Parlamentdə Gürcüstan üzrə plenar iclasda bildirib.

O, çıxışında Gürcüstanda demokratiya ilə bağlı mövcud vəziyyətdən danışıb və vəziyyətin getdikcə pisləşdiyini qeyd edib.

Onun fikrincə, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin müxalifətə qadağa qoyulması ilə bağlı bəyanatı sadəcə olaraq həyəcan siqnalı deyil, bu, öz şansını gözləyən diktaturanın sübutudur.

“Gürcüstanda demokratiya ilə bağlı vəziyyət on ildən artıqdır ki, pisləşir. İvanişvili hakimiyyətinin ilk illərində o və tabeliyində olan şəxslər Avroatlantika yolunun və demokratik islahatlar yolunun davam etdirildiyini bəyan etmişdilər. Müxalifətdən olan bir sıra gürcü həmkarlarımızın nümayəndə heyətlərini bu binada qəbul etdik və onlar əvvəldən bizə xəbərdarlıq etdilər: “Xahiş edirəm, ehtiyatlı olun, çünki İvanişvili rejimi hakimiyyəti ələ keçirməyə çalışır”.

Hər seçki ilə rejimə yaxın şəxslərin təşkil etdiyi, müxalifət liderlərini həbs edən, azad medianı susduran daha çox zorakılıq hadisələri, seçkiqabağı tədbirlər görürdük.

Baş nazir Kobaxidzenin “Gürcü arzusu” növbəti seçkilərdə qalib gələrsə, müxalifətin fəaliyyətinin qadağan ediləcəyi ilə bağlı son bəyanatı sadəcə həyəcanverici əlamət deyil – bu, öz şansını gözləyən diktaturanın sübutudur. Biz təkcə hakim rejimin hərəkətlərini pisləməklə kifayətlənməməliyik, Gürcüstanda demokratiyanın süqutuna səbəb olan insanlara və təşkilatlara qarşı sanksiyalar tətbiq etməklə çox açıq siqnal verməliyik. Biz isə nümunə yaratmaq üçün liderdən – oliqarx İvanişvilidən başlamalıyıq”, – deyə Teras bildirib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
“Avropa İttifaqına daxil olmaq Gürcüstan siyasəti ilə uyğunlaşmır”-Rasa Yukneviciene
Öncəki yazı
“Avropa İttifaqına namizəd statusunun stimul olacağına ümid edirdik”- Vera Yurova