This is a specific ad

Levan Xabeişvili hökumətə qarşı bir sıra tələb irəli sürüb

102

Another advertisement

“Vahid Milli Hərəkat” partiyasının lideri Levan Xabeişvili hökumətə tələblərini çatdırıb və müxalifəti əməkdaşlığa çağırıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə parlament qarşısında keçirilən mitinqdəki çıxışında deyib.

Xabeişvilinin sözlərinə görə, ilk tələb martın 7-9-da keçirilən etiraz aksiyalarında molotov kokteyli atmaq və polis maşınının yandırılması ittihamı ilə həbs edilən Lazare Qriqoriadisin azadlığa buraxılmasıdır. Növbəti tələblər ABŞ-ın sanksiyasına məruz qalan hakimlərin istefası, eks-prezident Mixail Saakaşvili və “Mtavari Arxi”nin təsisçisi Nika Qvaramiyanın azadlığa buraxılması, Avropa Birliyinin 12 bəndinin, xüsusən də de-oliqarxizasiya hissəsində həyata keçirilməsi, və məhkəmə islahatları.

“Mixeil Saakaşvilinin azadlığa buraxılması dar partiya maraqları ilə əlaqədar məsələ deyil. Üçüncü prezidentin işgəncələrlə necə öldürüldüyünü görmək ölkəmizin milli maraqlarına təhlükədir. Mixeil Saakaşvilinin azadlığı da buna görə vacibdir. “, – deyə Xabeişvili çıxışında bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Qanunsuz ovlanmağa qarşı mübarizədə 125 fakt qeydə alınıb
Öncəki yazı
Bəşəriyyət yeni təhlükə ilə üz-üzədir: Plastik tullantılar dünyamızı zəbt edir