Another advertisement
“Birdəfəlik bu ölkədə kimin əsl müxalifət, kimin qondarma müxalifət olduğu aydınlaşdırılmalıdır”.
QafqazTürk.com xəbər verir ki, bunu “Milli Hərəkat”ın sədri Levan Xabeişvili Rustaveli prospektində “Milli Hərəkat”ın təşkil etdiyi mitinqdə çıxışı zamanı bildirib.
“Bu gün siz burada birliyin vacibliyindən danışan dördüncü prezident Giorgi Marqvelaşvilini, siyasi lider Giorgi Vaşadzeni gördünüz. O, da birliyin vacibliyindən danışdı. Bu ölkə kimin əsl müxalifət, kimin qondarma müxalifət olduğunu birdəfəlik öyrənməlidir”, – deyə Levan Xabeişvili bildirib.