“Gürcü Arzusu”nu parlamentinin Avropa inteqrasiyası komitəsinin sədri Levan Maxaşvili Venesiya Komissiyasının tənqidi rəyinə münasibət bildirib.
QafqazTürk media xəbər verir ki, O bu barədə jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, hakim partiya Komissiyadan bu məsələ ilə bağlı fikrini soruşmayıb.
Xatırladaq ki, Oktyabrın 15-də Venesiya Komissiyası Gürcüstanda qəbul edilən “xarici agentlər haqqında” qanunu, FARA modelini və media tənzimləmələrini sərt şəkildə tənqid edib. Qurum “Gürcü Arzusu”na bu qanunların ya ləğv edilməsini, ya da əsaslı şəkildə yenidən nəzərdən keçirilməsini tövsiyə edib.
“Biz Venesiya Komissiyasından rəy istəmədik. Kim istəmişdisə, qoy onlar daha ətraflı cavab alsınlar. Qanunu qəbul edəndə də bildirmişdik ki, əgər amerikalılar bu qanunun demokratik prinsiplərə, qanunun aliliyinə və insan haqlarına uyğun olmadığını düşünərlərsə, biz onu ləğv etməyə hazırıq. Amma əgər onlar öz analoji qanunlarını qüvvədə saxlayırlarsa, deməli, buna ehtiyac var, elə deyilmi?” – Maxaşvili deyib.
Qeyd edək ki, Venesiya Komissiyasının son rəyində vurğulanır ki, “agentlər haqqında qanun” və onunla əlaqədar dəyişikliklər Gürcüstanda vətəndaş cəmiyyəti və medianın fəaliyyət azadlığını ciddi şəkildə məhdudlaşdırır, bu isə ölkənin Avropa İttifaqına inteqrasiya yoluna ziddir.