Another advertisement
“Azərbaycan Gürcüstan üçün ən vacib tərəfdaşdır”.
QafqazTürk.com “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunun açılışından öncə bildirib.
“Biz bu məsələyə böyük önəm veririk. Bizim əlaqələrimiz tək ticarət, enerji sektoru ilə bitmir, bir çox başqa sahələrdə də əməkdaşlığımız inkişaf edir. İnanırıq ki, qarşıdakı illərdə Azərbaycandan Gürcüstana qoyulan investisiyanın məbləği daha da artacaq”, – deyə o, bildirib.