“Lelo – Güclü Gürcüstan” Partiyasının namizədi Ceyhun Qarayevin qardaşı vurulub – DETALLAR

178

Marneulidə namizədin qardaşı hücuma məruz qalıb.

Hadisə Marneulinin Arafalı kəndində qeydə alınıb. 9 nömrəli  “Lelo – Güclü Gürcüstan” Partiyasının Marneuli üzrə namizədi Aqil Mustafayevin QafqazTürk Mediyaya verdiyi məlumata görə, partiyanın Şulaver icması üzrə majoritar namizədi Ceyhun Qarayevin qardaşı Eltun Qarayev bir neçə şəxs tərəfindən vurulub.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. Marneuli bələdiyyəsinin merliyə namizədi Əsəd Əliyev ilə əlaqə saxladıq. O, baş verən hadisəni seçkilərə təzyiq kimi qiymətləndirdi.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının mövqeyi öyrənilməyə çalışılır. Rəsmi qurumlardan açıqlama verildikdən sonra ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb
Öncəki yazı
Tamaz Bekaia Təhsil Fondu kəndlərdə yerləşən ictimai dövlət məktəbləri üçün 4-cü qrant müsabiqəsi elan edir-ƏTRAFLI