This is a specific ad

Lavrov – Moskva Kiyevin Amerika silahları ilə dolu olmasına baxmayaraq, Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib

23

Another advertisement

Qərb öz hegemonluğunu saxlamaq istəyir, bu əsas geosiyasi problemi həll etmədən nə Ukraynada, nə də dünyanın digər yerlərində heç bir böhran həll edilə bilməz”, – Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya XİN rəhbərinin sözlərinə görə,Moskva Kiyevin Amerika silahları ilə dolu olmasına baxmayaraq, Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib, lakin problemin həlli məsələsi təkcə təmas xəttində deyil, daha qlobal xarakter daşıyır.

“Mövcud böhranın həlli ilə bağlı danışıqlar təkcə Ukraynanaya və Qərbin marioneti olan Volodimir Zelenskiyə yox, həmçinin onun ağalarına da aiddir. Biz belə bir dialoqa çoxdan hazırıq, təkliflərimiz həm 2009-cu ildə, həm də 2021-ci ilin dekabrında verilib. Ancaq Qərb təkəbbürlə imtina etdi, lakin bu mövzuda danışmaq və bütün bu problemləri həll etmək qaçılmazdır. Gec-tez bu baş verəcək”, – Sergey Lavrov bildirib.

Sonrakı yazı
Yığılmış pensiyaların verilməsinə başlanılıb – İslahatdan neçə nəfər yararlanıb?
Öncəki yazı
Leksmani: “Gürcü Arzusu” gürcülərin Avropa arzusunun əleyhinə işləyir