Lavrov Aİ və NATO-ya “təhlükəsizlik zəmanəti” təklif edir

50

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Aİ və NATO ölkələrinə təhlükəsizlik zəmanəti verə bilər.

QafqazTürk Media bildirir ki, Nazir bu fikirləri Belarusun paytaxtı Minskdə keçirilən Beynəlxalq Avrasiya Təhlükəsizlik Konfransında səsləndirib.

Lavrovun sözlərinə görə, Rusiyanın “NATO və ya Avropa İttifaqının indiki heç bir üzvünə hücum etmək niyyəti olmayıb və yoxdur”.

“Biz bu mövqeyi Avrasiyanın bu hissəsi üçün gələcək təhlükəsizlik zəmanətlərində təsbit etməyə hazırıq”, – Lavrov deyib.

Eyni zamanda o vurğulayıb ki, Aİ liderləri bu məsələnin kollektiv müzakirəsindən uzaq dururlar, çünki “onlar Rusiya ilə deyil, Rusiyaya qarşı təhlükəsizlik zəmanəti axtarırlar”.

Bundan əvvəl Lavrov bəyan edib ki, Moskva Ukraynaya qarşı təcavüzünü Budapeşt Memorandumunun pozulması kimi qəbul etmir.

O, həmçinin ABŞ-ın cəbhə xətti boyunca hərbi əməliyyatları dayandırmaq təklifini qəti şəkildə rədd edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Dünən toyu olan17 yaşlı qız dünyasını dəyişib (FOTO)
Öncəki yazı
“300 qadın” hərəkatı Nino Dataşvilinin azadlığa buraxılması üçün prokurorluğa müraciət edir