Another advertisement
“Biz Cənubi Osetiyaya yardımı davam etdirəcəyik, 2008-ci ilin qərarlarına yenidən baxılmayacaq.”
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Axsar Jioyevlə görüşündən sonra bildirib.
“Mən bizim yaxın dostumuz və müttəfiqimiz olan Cənubi Osetiya Respublikası ilə münasibətlərin vacibliyini təsdiq etmək istəyirəm. Bu əməkdaşlıq strateji xarakter daşıyır. Biz dostlarımıza təhlükəsizliyin təmin edilməsində, sosial-iqtisadi və digər sahələrin inkişafında, ikitərəfli müqavilələrdə nəzərdə tutulduğu kimi, dövlətin möhkəmlənməsində bundan sonra da kömək edəcəyik. Bizim üçün irəliyə doğru yalnız bir yol var – 2008-ci ilin qərarlarına yenidən baxılmayacaq”, – Lavrov bildirib.