Latviyada ölkənin Qadınlara Qarşı Zorakılığın Ləğv Edilməsi üzrə Konvensiyadan çıxmasına etirazlar keçirilir – ƏTRAFLI

62

Latviya Parlamenti bu gün, oktyabrın 30-da İstanbul Konvensiyasını denonsasiya edən qanun layihəsinə dair həlledici səsvermə keçirməyə hazırlaşır.

QafqazTürk Media xəbər verir ki, bu barədə Latviya mətbuatı məlumat yayır. Oktyabrın 23-də Latviya parlamenti səs çoxluğu ilə qanun layihəsini birinci oxunuşda qəbul edib.

Avropa Şurasının bu beynəlxalq sənədi qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə məqsədi daşıyır.

Bu qanun layihə ilə əlaqədar oktyabrın 29-da axşam saatlarında Riqada həlledici səsvermə ərəfəsində son illərin ən böyük nümayişlərindən biri keçirilib. Polisin məlumatına görə, nümayişdə 5 minə qədər insan iştirak edib.

Nümayişçilər parlamentariləri populizmdə, cinayətkarları müdafiə etməkdə və “Rusiyanı kopyalamaqda” ittiham ediblər. Qeyd edək ki, Rusiya İstanbul Konvensiyasına qoşulmayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Kobaxidze niyə “kiçik partiyalar”ın və ayrı-ayrı şəxslərin qadağan olunmasını tələb etmədiklərini izah edir – ƏTRAFLI
Öncəki yazı
Kaxetidə qətl və adam öldürməyə cəhd: əvvəllər məhkum olunmuş şəxs saxlanılıb