Latviya Rusiya qeydiyyat nişanlı avtomobillərin ölkəyə girişini qadağan etdi

116

Latviya hökuməti sentyabrın 12-dən etibarən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub.

QafqazTürk.com xəbər verir ki, Rusiya və ya Belarusa qayıtmaqdan imtina edən şəxslərin avtomobilləri gömrük orqanları tərəfindən müsadirə ediləcək.

Qadağa Latviya vasitəsilə Avropa İttifaqından Rusiya Federasiyasına qayıdan və şəxsi istifadə üçün nəzərdə tutulan Rusiya nömrəli avtomobillərə təsir etməyəcək.

Həmçinin, qadağa Latviya üzərindən Kalininqrad vilayətinə yük daşıyan Rusiya şirkətlərinin yük maşınlarına şamil edilmir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Zaxarova: “İrəvanda qəbul edilən qərarların günahını Rusiyanın üzərinə yükləməyə ehtiyac yoxdur”
Öncəki yazı
Türkiyədə kripto fırıldaqçısına 11 min 196 il həbs cəzası verilib