This is a specific ad

Latviya prezidentindən demokratik və azad Gürcüstana dəstək mesajı

253

Another advertisement

“Mən bir daha Latviyanın demokratik və azad Gürcüstana və onun Avropa yoluna davamlı dəstəyini təsdiqlədim”.

QafqazTürk Media xəbər verir ki, Latviya Prezidenti Edqars Rinkeviçs bu barədə prezident Salome Zurabişvili ilə söhbətdən sonra sosial şəbəkədə yazıb.

 “Mənim Gürcüstan prezidenti Salome Zurabişvili ilə telefon danışığım olub. Biz Gürcüstanda parlament seçkilərindən sonra yaranmış vəziyyəti və qanun pozuntuları ilə bağlı məlumatların nəzərdən keçirilməsinin zəruriliyini müzakirə etdik. Mən bir daha Latviyanın demokratik və azad Gürcüstana və onun Avropa yoluna davamlı dəstəyini təsdiqlədim”, – Latviya prezidenti bildirib.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Vatsapda statuslarla bağlı yenilik
Öncəki yazı
Viktor Orban Gürcüstandadır