Latviyanın xarici işlər naziri Baiba Brazenin açıqlamasına görə, Gürcüstanın iki vətəndaşı ölkədə arzuolunmaz şəxs (“persona non grata”) elan olunub.
Nazirliyin məlumatında qeyd olunur ki, bu qərar “İmmiqrasiya haqqında” qanunun 61-ci maddəsinin ikinci bəndinə əsasən qəbul edilib. Həmin şəxslərə Latviyaya daxil olmaq müddətsiz qadağan edilib.
Hazırda kimlərin sanksiyaya məruz qaldığı açıqlanmır.
Qeyd edək ki, ümumilikdə Latviya “Gürcü Arzusu” partiyası ilə əlaqəli təxminən 80 nəfəri sanksiya siyahısına daxil edib.
