This is a specific ad

Lari dollar və avro qarşısında möhkəmlənib – Cari həftənin dinamikası belədir

307

Another advertisement

Cari həftə milli valyuta üçün müsbət dinamika oldu. Milli valyutamız lari həftəyə devalvasiya ilə başlasa da, sonrakı günlərdə Milli Bankın vaxtında müdaxiləsi nəticəsində məzənnə sabit qalaraq həm dollar, həm də avro qarşısında möhkəmləndi.

QafqazTürk Media bu həftənin valyuta məzənnəsinin dinamikasını təqdim edir:

Oktyabrın 7-də 1 ABŞ dollarının rəsmi dəyəri 2,7451 lari olub. Bundan əvvəlki gün məzənnə 2,7354 lari idi. Nəticədə lari dollar qarşısında 0,97 tetri ucuzlaşıb.

Avronun məzənnəsi 3,0106 lari təşkil edib. Bundan əvvəlki gün cari məzənnə 3,0177 lari idi. Müvafiq olaraq, avronun məzənnəsi 0,71 lari ucuzlaşıb.

Oktyabrın 8-də Milli Bank 48 milyon dollar satıb, nəticədə dolların məzənnəsi 2,7230 təşkil edib. Bu müdaxilə nəticəsində lari dollara nisbətdə 2,21 tetri möhkəmlənib.

Avroya gəlincə, lari 1,97 tetri kəskin şəkildə möhkəmlənib və nəticədə məzənnə 2,9909 lari olub.

Oktyabrın 9-da lari dollar qarşısında 0,27 tetri ucuzlaşıb və məzənnə 2,7257 lari olub.

Məzənnəsi 2,9885 lari səviyyəsində müəyyən edilmiş milli valyuta avroya nisbətən cüzi möhkəmlənib. Məzənnə dəyişməsi 0,24 lari olub.

Oktyabrın 10-da 1 ABŞ dollarının rəsmi dəyəri 2,7255 lari olub. Məzənnə dəyişməsi cüzi olub, 0,02 tetri dəyişib. Avroya gəlincə, onun məzənnəsi 2,9803 lari təşkil edib..

Avroya münasibətdə lari 0,82 tetri möhkəmlənib.

Oktyabrın 11-də həftənin son ticarət günü lari dollara nisbətdə bir qədər ucuzlaşıb. 0,08 tetrinin dəyişməsi nəticəsində 1 ABŞ dollarının dəyəri 2,7263 lari olub.

Avroya nisbətdə məzənnə də bir qədər dəyişib, 0,01 tetri devalvasiya nəticəsində 1 avronun dəyəri 2,9804 lari təşkil edib.

Nəhayət, cari həftədə lari dollara nisbətən 0,91 tetri, avroya qarşı isə 3,73 tetri möhkəmlənib.

Sonrakı yazı
Keçmiş dövlət nazirinin oğlu faciəli şəkildə dünyasını dəyişib
Öncəki yazı
Bu çiçəyi qoparanlar cərimə olunacaqlar