This is a specific ad

Laçında kinoteatr açıldı – FOTO

53

Another advertisement

İşğaldan əvvəl Laçın şəhərində fəaliyyət göstərən kinoteatrın binası yenidən bərpa olunaraq fəaliyyətə başlayıb.

QafqazTürk.com xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, hüquq-mühafizə orqanları və Bakı Abadlıq Xidməti MMC-nin əməkdaşları, ictimaiyyət nümayəndələri və hərbiçilər iştirak edib.

Kinoteatr binasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası 8 aya bərpa olunub.

1700 kv-lıq ərazidə 1000 kv-a yaxın klub inşa edilib. 230 oturacaqdan ibarət olan klubun binasının daxili 350 kv, səhnənin ölçüsü 82 kv, ekranın ölçüsü isə 70 kv. İlk dəfə olaraq Laçında “Mən Burdayam İlahi” adlı Azərbaycan filminin nümayişi olub.

Laçın sakinləri öz doğma vətənlərində kinoteatr binasında film təqdimatını alqışlarla qarşılayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilir – FOTO
Öncəki yazı
თეთრიწყაროს მუნიციპალიტეტში, ეროვნული მნიშვნელობის, მე-17 საუკუნის კულტურული მემკვიდრეობის ძეგლს, ხულუტის ციხე-დარბაზს რეაბილიტაცია ჩაუტარდა.