Laçın-Xankəndi yolunda qurulmuş sərhəddə lövhə quraşdırılıb – FOTO

1

Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycan ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində yeni lövhə quraşdırılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb.

Lövhədə “Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz!” sözləri qeyd edilib.

Xəbərdarlıq qeydi həmçinin rus və ingilis dillərində yazılıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Sofiyada Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb – FOTO
Öncəki yazı
Tarixdə ilk dəfə alimlər Marsın nüvəsinin nədən ibarət olduğunu öyrəndilər