• 01 Dekabr 2023 18:27

Laçın sərhəd-buraxılış məntəqəsindən Prezident İlham Əliyevə məruzə – VİDEO/FOTO

Avatar photo

ByHacı Xəlilzadə

Apr 26, 2023

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Azərbaycan Respublikasının ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub.

QafqazTürk.com xəbər verir ki, yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub və nəzarət-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə edilib.

“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, – məruzədə deyilib.

23920cookie-checkLaçın sərhəd-buraxılış məntəqəsindən Prezident İlham Əliyevə məruzə – VİDEO/FOTO