This is a specific ad

Ləmbəlidə öldürülən qızın anası qatilin ömürlük həbs olunmasını tələb edir

48

Another advertisement

Saqareco bələdiyyəsinin Lənbəli kəndində qətlə yetirilən 14 yaşlı qızın ailəsi qatilin ömürlük həbs olunmasını tələb edir.

“Qızım qaçırılıb, ailənin razılığı ilə olmayıb. Mən ora getmək istəyirdim, amma oğlan mənə dedi ki, bura gəlsən, səni öldürəcəm. Qızım onu tərk etmək istədiyi üçün öldürdü. Qızım tarlaya mal-qara gətirmək üçün gedib, bu oğlan orda gizlənib, qız oradan qaçmağa çalışan zaman onu tutub ağaca bağlayıb döyüb, sonra evə gətirib, qız ona deyib ki, mən səni sevmirəm, mənim 14 yaşım var, məni rahat burax yoxsa 112-yə zəng edəcəm, oğlan da silahı çıxarıb öldürüb. Mənim balamı öldürən o şəxsin ömürlük həbs cəzasına məhkum edilməsini xahiş edirəm”, – deyə Aytac Şahmarovanın anası bildirib.

Qeyd edək ki, Saqareco bələdiyyəsinin Ləmbəli kəndində yaşayan 30 yaşlı Alim Sadiqov, Dmanisi bələdiyyəsinin Məmişlər kəndində anası ilə birgə yaşayan 14 yaşlı Aytac Şahmarovanı 2 ay əvvəl evlənmək məqsədi ilə qaçırıb. Bildirilir ki, cütlük 2 aydır evli olub. Azyaşlı qız evliliyin əlehinə olub və sevmədiyini, əgər onur rahat buraxmasa 112- zəng edəcəyini deyib buna görə, 30 yaşlı kişi azyaşlı “həyat yoldaşına” odlu silahdan 3 dəfə atəş açıb, azyaşlı qız yerindəcə keçinib. Cinayəti törədən şəxs hələ də axtarışdadır.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 11 Prima, 109-cu maddəsi əsasında; ailə üzvünü qəsdən öldürmə ittihamı ilə cinayət işi başlanıb

Kateqoriya: Gündəm
Sonrakı yazı
მოკლული 14 წლის გოგოს დედა: ვითხოვ, სამუდამო პატიმრობა მიუსაჯონ მკვლელს
Öncəki yazı
Xarici İşlər Nazirliyi: Hazırda İsraildə yaralananlar arasında Gürcüstan vətəndaşı yoxdur