This is a specific ad

Ləmbəli kəndindəki baş vermiş hadisəyə Xalq Müdafiəçi münasibət bildirib

13

Another advertisement

Saqareco Bələdiyyəsinin Ləmbəli kəndindəki baş vermiş hadisəyə Xalq Müdafiəçi münasibət bildirib.

Ombudsman Levan İoseliani həm uşaq nikahı hallarının, həm də məcburi nikah faktlarının aşkarlanması və yönləndirilməsi ciddi problem olaraq qaldığını deyib.

“14 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı ən ciddi fakt sarsıdıcıdır və bu faciəvi faktdan əvvəl onun uşaqlıq yaşında qanunsuz saxlanması və məcburi ərə getməsi ilə bağlı yayılan məlumatlar təşviş doğurur. Mümkün erkən nikah faktları ilə bağlı araşdırmaların yüksək tempinə baxmayaraq, həm azyaşlı nikah hallarının, həm də məcburi nikah hallarının aşkarlanması və yönləndirilməsi ölkədə problem olaraq qalır.

İstintaq üçün məsul şəxslərin uşaq nikahlarının aşkar edilməsi üzrə göstəricilər, prosedurlar və öhdəlikləri haqqında məlumatlılığı olduqca aşağı səviyyədədir. Erkən nikah və qadın öldürmə halları ilə bağlı hökumət tərəfindən atılan addımlar yetərli deyil və həm mərkəzi, həm də yerli səviyyədə sistemli və əlaqələndirilmiş iş tələb edir.

Xatırladaq ki, 6 oktyabr axşam saatlarında Ləmbəli kəndində 14 yaşlı qızı “əri” tərəfindən odlu silahla qətlə yetirilib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Türkiyə lideri: “Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik”
Öncəki yazı
HƏMAS 40-a yaxın israillini əsir götürdü