Polis, Tbilisidə və regionlarda qanunsuz odlu silah-sursat aşkar edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə cinayətlər 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərd tutur.
“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi, Tbilisi Polis İdarəsi, Sameqrelo-Zemo Svaneti Polis İdarəsi, Kvemo Kartli Polis İdarəsi, Kaxeti Polis İdarəsi, İmereti, Raça-Leçxumi və Kvemo Svaneti şöbələri, Quriya Polis İdarəsi, Şida Kartli polisi Departamenti və Abxaziya Muxtar Respublikası polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq-əməliyyat tədbirləri nəticəsində son dövrlərdə Tbilisi şəhərində və regionlarda qanunsuz olaraq odlu silah, döyüş sursatı və narkotik vasitə aşkar edilərək götürülüb. Axtarış tədbirləri nəticəsində 16 nəfər saxlanılıb.
Cinayətlər 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin şəxsi, yaşayış evlərinə və nəqliyyat vasitələrinə baxış nəticəsində maddi sübut kimi: 9 tapança, 2 revolver, 3 avtomat odlu silah, bir karabin, tüfəng, 8 lülə, 1860 ədəd müxtəlif növ silahlar üçün patron, partlayıcı maddə “Trotyl”, 2 ədəd mişarlanmış ov tüfəngi, həmçinin narkotik vasitələr götürülüb.
Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə, narkotik vasitələri qanunsuz əldə etmə və saxlama faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri, habelə 260-cı maddələri ilə istintaq aparılır”, – deyə agentliyin məlumatında bildirilib.