This is a specific ad

Kvemo Kartlidə yeni uşaq bağçalarının tikilməsi və təmir olunması planlaşdırılır – Bəs Marneuli bələdiyyəsində yeni uşaq bağçaları harada tikiləcək? – ƏTRAFLI

17

Another advertisement

Gürcüstanın baş nazirinin təşəbbüsü ilə bütün ölkə üzrə 885 uşaq bağçasının tikintisi və bərpası həyata keçiriləcək. Sözügedən proqram çərçivəsində bu il Kvemo Kartli regionunda 15 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə və 8 uşaq bağçasının bərpasına başlanacaqdır.

QafqazTürk xəbər verir ki, bu haqda məlumatı Kvemo Kartli Dövlət Qəyyumu Administrasiyası yayır.

2023-cü ildə Kvemo Kartli regionunda tikiləcək:

  • Rustavi şəhərinin 11 və 25 nömrəli uşaq bağçaları;
  • Bolnisidə Kazreti və Mamxuti uşaq bağçaları;
  • Tetritskaroda Vaşlovani və Orbet uşaq bağçaları;
  • Tsalkada Tialeti və Kaburi uşaq bağçaları;
  • Qardabanidə Martfefa və Sartiçala uşaq bağçaları;
  • Dmanisdə Amamlo və Yırğançay uşaq bağçaları;
  • Marneuli şəhərinin, Tsereteli və Şulaveri uşaq bağçaları;

2023-cü ildə Kvemo Kartli regionunda reabilitasiysı aparılacaq:

  • Rustavinin 31 nömrəli uşaq bağçası;
  • Bolnisi bələdiyyəsində, Tandzi və Kvemo Bolnisi uşaq bağçası;
  • Qardabani bələdiyyəsində, Lemshveniera 1 saylı və Lemshveniera-Mzianeti uşaq bağçası;
  • Dmanisi şəhər 1 saylı uşaq bağçası;
  • Tetritskaronun 1 saylı uşaq bağçası;
  • Marneuli 4 saylı uşaq bağçası;

Məktəbəqədər təhsil müəssisələri müasir standartlara uyğun tikiləcək və təmir ediləcək. Daxili və açıq məkanlar, istirahət zonaları, kommunikasiyalar və vanna otağı təşkil ediləcək. Bağlar xüsusi qayğıya ehtiyacı olan insanlar üçün tam uyğunlaşdırılacaq.

Qeyd edək ki, tikinti və bərpa işlərini Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu həyata keçirəcək.

Sonrakı yazı
Rusiya mətbuatı: “ABŞ türk aviaşirkətinə “Boeing 737 MAX” təyyarələri ilə Rusiyaya uçmağı qadağan edib” – ƏTRAFLI
Öncəki yazı
ABŞ-dan Çin və İran şirkətlərinə qarşı yeni sanksiyalar – SƏBƏB?