This is a specific ad

Kvemo Kartlidə elektrik şoku aparatları ilə qanunsuz balıq ovu faktı aşkarlanıb

206

Another advertisement

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin ekoloji nəzarət şöbəsinin əməkdaşları brakonyerliyə qarşı mübarizə çərçivəsində Kvemo Kartlidə qanunsuz balıq ovu faktını aşkarlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ekoloji Nəzarət Departamenti məlumat yayıb.

Departamentin məlumatına görə, Kür çayında iki vətəndaş şişmə qayıqdan və elektrik cərəyanlı cihazdan istifadə edərək qanunsuz balıq ovlayırmış. Qanun pozucuları qanunsuz olaraq 4,1 kq Xramuli balığı əldə ediblər.

“Faktda cinayət tərkibi olduğu üçün materiallar əlavə cavab verilməsi üçün aidiyyəti quruma göndərilib. Ekoloji Nəzarət Departamentinin ekipajları meşələrdən qeyri-qanuni istifadə, ov, balıq ovu və digər ekoloji qanun pozuntularının vaxtında qarşısının alınması və aşkar edilməsi  məqsədilə ölkə ərazisində 24 saat fasiləsiz patrul xidməti həyata keçirir. Bundan əlavə, ETSN-nin “Qaynar xətt”inə (153) daxil olan hər bir məlumat dərhal cavablandırılır”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
გ ა ნ ც ხ ა დ ე ბ ა
Öncəki yazı
Gürcüstanda Yandex Taxi şəxsi məlumatların Rusiyaya ötürülməsinə görə cərimələnib