This is a specific ad

Kvemo Kartlidə qanunsuz ov faktı aşkarlanıb

229

Another advertisement

Kvemo Kartlidə qanunsuz ov faktı aşkarlanıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Tetricğaro bələdiyyəsində, Fitareti monastırının yaxınlığında brakonyer maral öldürüb.

“Qanun pozuntusu nəticəsində ətraf mühitə dəymiş zərərin məbləği 5 min lari təşkil edir.

Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları tərəfindən aşkar edilmiş brakonyerlik faktı üzrə Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Tetritskaro rayon şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 301-ci maddəsinin 2-ci hissəsi ilə araşdırma aparılıb.

Ekoloji Nəzarət Departamentinin ekipajları meşələrdən qeyri-qanuni istifadə, ov, balıq ovu və digər ekoloji qanun pozuntularının vaxtında qarşısının alınması, aşkar edilməsi və qarşısının alınması məqsədilə ölkə ərazisində 24 saat fasiləsiz patrul xidməti həyata keçirir. Bundan əlavə, departamentin “Qaynar xətt”inə (153) daxil olan hər bir məlumat dərhal cavablandırılır”, – məlumatda qeyd olunub.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Polşada Gürcüstan vətəndaşı saxlanılıb
Öncəki yazı
Marneulidə adsız küçələr nömrələnəcək